azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

06-03-2026

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 12-də saat 09:00-da Ağdam Kamp Oteldə Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinləri Ağdam DAİM-ə (051-950-24-29) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031