azturkxeber.az
http://azturkxeber.az

Göyçayda itkin düşən şəxsin axtarışına xilasedicilər və polis cəlb olunub

06-03-2026

Göyçayda kanalda batdığı ehtimal edilən şəxsin axtarışları davam edir.

Göyçay rayon sakini, 31 yaşlı Ramil Abdullayev evdən çıxaraq geri qayıtmayıb. Yaxınları onun evə dönməməsindən narahat olaraq Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər.

Axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib. Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıclar 1995-ci il təvəllüdlü Ramil Abdullayevin kanalda axtarışlarını aparırlar.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, itkin düşən şəxsin tapılması istiqamətində tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031