azturkxeber.az
http://azturkxeber.az

Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq

06-03-2026

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

“28 May-Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov-Əhmədli” və “Cəfər Cabbarlı-Xətai” mənzillərində intervallar olduğu kimi saxlanılacaq.

“Bakmil” istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031