azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub

06-03-2026

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub. Danışıqlar xarici həmkarların təşəbbüsü ilə baş tutub.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko və Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə danışıqlar zamanı regiondakı vəziyyət, təhlükəsizlik məsələləri, habelə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura İran silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə etdiyi hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusi qeyd ediblər.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031