azturkxeber.az
http://azturkxeber.az

Səsiniz olaq” adlı inklüziv layihədən eşitmə və nitq məhdudiyyətli 400-dən çox şəxs faydalanıb

05-03-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən indiyədək eşitmə və nitq məhdudiyyətli 410 şəxs faydalanıb.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il iyulun 28-dən Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir. Xidmət vasitəsilə işarət dilini bilməyən tərəflərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır.

Belə ki, eşitmə və nitq məhdudiyyətli şəxslər videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır və operator-surdotərcüməçi müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradaraq onlayn kommunikasiya qurur.

Xidmətdən yararlanmaq istəyən şəxlər 055 213 19 97 əlaqə nömrəsinə “WhatsApp” və ya “Telegram” platformaları vasitəsilə müraciət edə bilərlər. “Səsiniz olaq” surdotərcümə xidməti bazar günü istisna olmaqla, həftənin 6 günü — bazar ertəsindən şənbə gününədək saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.

Bu inklüziv layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə elan olunub və Təşkilatın Avropa regionu üzrə əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələr sənədinə daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031