Sabirabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.
Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: