azturkxeber.az
http://azturkxeber.az

İranın Naxçıvana Hücumu: Azərbaycanın təhlükəsizliyinə qarşı açıq təxribat

05-03-2026

İran növbəti dəfə Azərbaycan dövlətinə və xalqına qarşı təxribat törətdi. Bu gün günorta saatlarında İranın Naxçıvanın mülki infrastrukturunu, hava limanını və məktəb ərazisini dronlarla atəşə tutması ölkəmizə qarşı açıq şəkildə düşmənçilik addımıdır. ABŞ-İsrail-İran müharibəsinin ilk günündən Azərbaycan İrana qarşı dost münasibət sərgilədi. Prezident cənab İlham Əliyev Azərbaycan ərazisindən İrana qarşı hərbi müdaxiləyə icazə verilməyəcəyi barədə bəyanat səsləndirdi. İranın dini lideri Seyid Əli Xamenenin həlak olması ilə əlaqədar Prezidentimizin İran Prezidenti Məsud Pezeşkiana baş sağlığı verməsi, eləcə də İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazmasına baxmayaraq İranın molla rejimi yenə öz xəyanətkar və nankor simasını göstərdi. İranın bu cür xəyanətkar hərəkətləri ilk deyil. İstər birinci Qarabağ, istərsə də Vətən müharibəsi dövründə İran rejimi Ermənistana dəstək göstərmiş, hərbiçilərimizə və xalqımıza qarşı düşmən mövqe sərgiləmişdi.

Tehranda səfirliyimizə hücum edilməsində və terror aktın törədilməsində də İran hakimiyyətinin yüksək pilləsində duran şəxslərin rolu olmuşdur. O zaman İranın hakim dairələri terror törədən şəxsi müdafiə etməyə çalışırdı. Bu hadisə ilə bağlı ölkə başçımız qətiyyətli və sərt mövqe nümayiş etdirdi. İranla bütün diplomatik əlaqələr kəsildi və terrorçu layiqli cəzasını aldi. Bundan sonra İran tərəfi Azərbaycan dövlətindən üzr istədi və günahını etiraf etməyə məcbur oldu.

İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu günkü terror aktı ilə əlaqədar Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə başçımız İranın bu çirkin əməllərini nankorluq, xainlik, şərəfsizlik adlandırdı və baş vermiş bu terror aktının cavabsız qalmayacağını bildirdi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən bütün silahlı qüvvələrimiz, digər xüsusi təyinatlı qüvvələr istənilən əməliyyat keçirməyə hazırlıq səviyyəsinə gətirilmişdir. Bu gün Azərbaycanın hərbi cəhətdən nə qədər güclü bir ölkə olduğu dünya ictimaiyyətinə məlumdur. Azərbaycana qarşı törədilən istənilən hərbi, siyasi təxribatın qarşısı qətiyyətli və sərt şəkildə alınacaq. İran rejimi də bilsin ki, onlar bu riyakar hərəkətlərinə görə peşman olacaqlar.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031