azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Xarici İşlər Nazirliyi: İrandan gələn dronlar Naxçıvanda düşüb

05-03-2026

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bir pilotsuz uçuş aparatı Naxçıvan Muxtar Respublikası hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Azturkxeber.az xəbər verir ki, Nazirliyin məlumatına görə, dron hücumları İslam Respublikasının ərazisindən həyata keçirilib. Nəticədə hava limanı binası zədələnib və iki mülki şəxs xəsarət alıb.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu hücum Azərbaycanın ərazisinə beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına səbəb olur. Bakı İrandan hadisənin səbəblərini ən qısa zamanda izah etməsini, açıqlama verməsini və gələcəkdə belə hallarının qarşısını almaq üçün zəruri tədbirlər görməsini tələb edib.

Azərbaycan tərəfi həmçinin özünə uyğun cavab tədbirlərini görmək hüququnu saxlayır.

Hadisə ilə əlaqədar İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məcətəba Dəmircilu Xarici İşlər Nazirliyinə çağırılıb, ona qəti etiraz bildiriləcək və müvafiq nota təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031