ADY: Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atılıb, araşdırma aparılır

Daşı ətəyinizdən tökün!
Son 10 gündə Azərbaycan Dəmir Yolları (ADY)-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar və zədələr yaranıb.
Hadisələr müvafiq qaydada araşdırılır və səbəbkarların hüquqi məsuliyyətə cəlb edilməsi təmin olunacaq.
ADY bildirib ki, atılan hər daş təkcə qatara deyil, həm də qatar heyətinə və sərnişinlərin həyatına təhlükə yaradır. Vandalizm, insanların işinə, dərsinə, görüşünə gedən yolda təhlükə deməkdir.
Bütün vətəndaşlar qatarları qorumağa, bu cür vandal hərəkətlərdən çəkinməyə çağırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: