azturkxeber.az
http://azturkxeber.az

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyi vətəndaşları bu dəfə Lənkəranda qəbul edəcək

04-03-2026

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 6 mart saat 11:00-da Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qurumun Mətbuat xidmətindən Azturkxeber.az-a bildirilib ki, görüş zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 95 01; 050 845 90 52; 050 845 92 30) müraciət edə bilərlər.

Məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031