azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın nümayəndəsi "Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında strateji əməkdaşlıq: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda iştirak edib

04-03-2026

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən "Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında strateji əməkdaşlıq: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova çıxış edərək, Ombudsman tərəfindən qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, təbliği və təşviqi, gender əsaslı və məişət zorakılığının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə və digər sahələrdə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.

O, eyni zamanda, Ombudsman tərəfindən illik məruzələrdə irəli sürülən təkliflərin aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınması və qanunvericilik bazasının təkmilləşdirilməsinə verdiyi müsbət töhfədən danışıb, qadın hüquqları, gender bərabərliyi və qadınlara qarşı zorakılıq mövzularında maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin, monitorinq qruplarının fəaliyyəti çərçivəsində müntəzəm monitorinqlərin aparılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə "Zorakılığa məruz qalmış qadınların sosial və hüquqi yardımla təminatı" mövzusunda videoçarx nümayiş olunub, həmçinin qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində mövcud mexanizmlər müzakirə olunub, hüquqi tənzimləmə və bu sahədə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031