azturkxeber.az
http://azturkxeber.az

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

04-03-2026

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini, 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirib.

2016-2018-ci illərdə özəl sektorda, 2019-2023-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

2023-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031