azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

04-03-2026

Azərbaycanın turizm potensialı Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “ITB Berlin 2026” sərgisində tanıdılır.

Azturkxeber.az xəbər verir ki, 3-5 mart tarixlərində keçirilən sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə Azərbaycan Hava Yolları (AZAL), hotellər, turizm agentlikləri daxil olmaqla 13 sənaye tərəfdaşının iştirakı ilə ölkə turizminin təbliği və təşviqi məqsədilə B2B görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə edilir.

Sərgi çərçivəsində milli stenddə “Gizli xəzinələr: təcrübələrin kəşfi” mövzusunda Azərbaycanın dağ piyada marşrutları haqqında və tarixi İpək Yolu irsini əks etdirən təqdimatın da nümayişi planlaşdırılır.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev milli stendi ziyarət edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu tərəfindən Alman Səyahət Assosiasiyasının üzvləri üçün ölkəmizin turizm potensialı barədə təqdimat keçirilib. Görüşdə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış ediblər.

Qeyd edək ki, 2025-ci il ərzində 11% artımla Almaniyadan Azərbaycana 24 mindən çox xarici ziyarətçi səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031