azturkxeber.az
http://azturkxeber.az

Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub

04-03-2026

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA - International Social Security Association) rəsmi tərəfdaş üzv qismində qəbul olunub.

Azturkxeber.az xəbər verir ki, 10 illik fəaliyyəti dövründə Agentliyin ilk dəfə beynəlxalq təşkilata üzv olması ölkəmizdə icbari tibbi sığorta modelinin beynəlxalq səviyyədə tanınmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Bu üzvlük Agentliyə beynəlxalq sosial təminat gündəliyində daha fəal iştirak, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də çoxtərəfli əməkdaşlıq platformalarında təmsilçilik imkanları yaradır.

BSTA çərçivəsində əməkdaşlıq Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nəticələrin beynəlxalq müstəvidə paylaşılmasına, eyni zamanda digər ölkələrin oxşar çağırışlara dair tətbiq etdiyi mexanizmlərin öyrənilməsinə şərait yaradır.

Qeyd edək ki, Agentlik eyni zamanda Beynəlxalq Sosial Sığorta Assosiasiyasının Texniki Komissiyalar üzrə Forumunda təmsil olunub. Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Səhiyyə üzrə Texniki Komissiyanın sədr müavini vəzifəsinə seçilib və sözügedən komissiyanın iclasında iştirak edib.

İclas zamanı 2026–2028-ci illəri əhatə edən fəaliyyət gündəliyi müzakirə edilib, profilaktik yanaşmaların gücləndirilməsi, rəqəmsal həllər vasitəsilə tibbi xidmətlərə çıxışın və keyfiyyətin artırılması, eləcə də tibbi xərclərin idarə olunması kimi prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin inkişafı, sosial təminat sistemində davamlı innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031