azturkxeber.az
http://azturkxeber.az

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdı

02-03-2026

SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Bakcell” müştəri xidmətlərində tətbiq olunmağa başlayıb.

Azturkxeber.az-ın məlumatına görə, artıq “Bakcell” əməliyyatlarında təhlükəsizlik yoxlaması tələb olunan hallarda müştərilərin şəxsiyyətinin təsdiqi “SİMA KYC”nin üztanıma texnologiyası ilə həyata keçirilir. Bu yenilik sayəsində rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası rəqəmsal və daha sürətli şəkildə aparılır.

İnteqrasiyanın əsas hədəfi rəqəmsal təhlükəsizliyi gücləndirmək, müştərilərə daha sürətli və etibarlı xidmət təqdim etmək, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddətini qısaldaraq müştəri təcrübəsini optimallaşdırmaqdır.

“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031