azturkxeber.az
http://azturkxeber.az

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları getdikcə genişləndirilir

02-03-2026

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam edir. Onlardan artıq 8673 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 754 sakin üçün isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.
Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən növbəti görüşdə bildirilib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirildiyini qeyd edib. O, azad edilmiş doğma yurdlarına köçürülən sakinlərdən əmək qabiliyyətli şəxslərin bu proqramlarla əhatə olunduqlarını bildirib. Nazir müavini məşğulluq proqramlarının uğurlu icrasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031