azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili təmayüllü gimnaziyada təlim keçirilib

02-03-2026

“Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təlim Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili təmayüllü gimnaziyada keçirilib. Tədbirdə pedaqoji heyət və şagirdlər olmaqla ümumilikdə 150 nəfər iştirak edib.

Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə baş tutan tədbirdə əməyin mühafizəsi üzrə ümumi tələblər, sağlam və təhlükəsiz mühitin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib. Həmçinin Mərkəzin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031