azturkxeber.az
http://azturkxeber.az

Fövqəladə Hallar Nazirliyi: Zəfər yolunda buz səbəbindən köməksiz qalan vətəndaşlar xilas edildi

02-03-2026

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat yayılıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən “MERCEDES” markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031