azturkxeber.az
http://azturkxeber.az

Fevral ayında vətəndaş müraciətləri dinlənilib

02-03-2026

Fevral ayında Dövlət Komitəsinin rəhbər şəxsləri növbəlilik əsasında vətəndaş qəbulları keçirərək müraciətləri dinləmiş, onları maraqlandıran sualları cavablandırıblar.

Azturkxeber.az xəbər verir ki, qəbul zamanı müraciətlər əsasən aşağıdakı mövzuları əhatə edib:

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi;

Köçürülmənin prinsipləri və sorğuda iştirak qaydaları;

Məşğulluqla təminat məsələləri;

Müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması;

Kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlər.

Vətəndaşların müraciətləri diqqətlə araşdırılıb, hər bir məsələ üzrə müvafiq izahatlar verilib və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün qeydiyyata alınıb.

Növbəti qəbullarla bağlı məlumat almaq və qəbula yazılmaq üçün Dövlət Komitəsinin 1657 nömrəli Qaynar Xətt Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı məlumat üçün: idp.gov.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031