ADY-dən bayram hədiyyəsi: Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər və 10% endirim

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişin tələbatının artmasını nəzərə alaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, tarixlər: Əlavə reyslər 7 və 9 mart tarixlərində hər iki istiqamət üzrə həyata keçiriləcək.
Endirim kampaniyası: Sözügedən reyslərə bilet alan sərnişinlər 10% endirimdən yararlana bilərlər.
Biletləri həm onlayn, həm də oflayn şəkildə əldə etmək mümkündür:
ADY-nin rəsmi saytından;
“ADY Mobile” tətbiqindən;
Dəmiryol kassalarından.
Qeyd: Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik mütəmadi səfərlər də öz qrafiki ilə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: