azturkxeber.az
http://azturkxeber.az

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

01-03-2026

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Bu barədə Azturkxeber.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.

Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi vasitələrlə həllinin zəruri olduğu vurğulanıb.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğu bildirilib. Nazir Ceyhun Bayramov qarşıdurma nəticəsində mülki insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031