Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb



Fevralın 27-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb. Bu mərhələdə köçürülən 118 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.
Azturkxeber.az xəbər verir ki, mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: