Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb







Aprelin 2-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə köçürülən 113 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: