azturkxeber.az
http://azturkxeber.az

"Böyük Dəbilqə"də Azərbaycan finalı: Əhməd Yusifov qızıl medal qazanıb

27-02-2026

"Böyük Dəbilqə"də Azərbaycan finalı: Əhməd Yusifov qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.

Bununla da Azərbaycan millisi yarışın ilk gününü iki medalla başa vurub. Daha əvvəl Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kiloqram), Leyla Əliyeva (52 kiloqram), Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kiloqram) turnirlə vidalaşıblar.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə martın 1-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728