azturkxeber.az
http://azturkxeber.az

ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir – biletlərə 10% endirim

11-02-2026

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq 14 və 15 fevral tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlər əlavə reyslərə biletləri 10 faiz endirimlə əldə edə bilərlər. Biletlər dəmiryol kassalarında, ADY-nin rəsmi internet saytında və “ADY Mobile” mobil tətbiqi vasitəsilə satışdadır.

ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728