ADY Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edir– biletlərə 10% endirim

Sərnişin tələbatının artmasını nəzərə alaraq, Azərbaycan Dəmir Yolları (ADY) 18 və 19 aprel tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, sözügedən reyslər üçün biletləri sərnişinlər 10 faiz endirimlə əldə edə bilərlər. Biletlər dəmiryol kassalarında, ADY-nin rəsmi internet saytında və “ADY Mobile” tətbiqi vasitəsilə satışdadır.
Bundan əlavə, Bakı–Qazax–Bakı marşrutu üzrə qatar səfərləri gündəlik əsasda davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: