Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb

Noyabrın 14-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Bu mərhələdə Şuşakənd kəndinə köçürülən 55 nəfərdən ibarət 19 ailəyə, Xanyurdu kəndindən isə 34 nəfərdən ibarət 12 ailəyə mənzillərin açarları təqdim edilib.Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: