azturkxeber.az
http://azturkxeber.az

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Culfada vətəndaşları qəbul edib

29-10-2025

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri bölgələrdə vətəndaş qəbullarını davam etdirir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov oktyabrın 29-da Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Culfa və Şərur rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, lizinq yolu ilə yeni texnikaların alınması və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031