azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb

22-10-2025

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb. Açılış mərasimi Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin səfiri Birol Akgün və digər rəsmilər iştirak ediblər. Tədbirin panel hissəsində tarixçi Firdovsiyyə Əhmədova və Yusuf Kartal Çanaqqala döyüşlərinin tarixi və strateji əhəmiyyətindən bəhs ediblər. Daha sonra qonaqlar arxiv materiallarından ibarət “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisi və “Çanaqqala Döyüşləri” mobil muzeyi ilə tanış olublar. Sərgidə və mobil muzeydə döyüşlərin gedişini, əsgərlərin qəhrəmanlığını əks etdirən fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur. Ekspozisiya oktyabrın 25-dək ziyarətçilər üçün açıq olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031