azturkxeber.az
http://azturkxeber.az

Muxtar Babayev: Azərbaycan Türkiyə və Avstraliyanın COP31-i birlikdə keçirməsinə çalışır

29-09-2025

Muxtar Babayev: Azərbaycan Türkiyə və Avstraliyanın COP31-i birlikdə keçirməsinə çalışır

Biz çalışırıq ki, Türkiyə və Avstraliyanı bir araya gətirib, COP31-in keçirilməsini aralarında bölüşdürə bilək. Əlbəttə ki, həm Türkiyə, həm də Avstraliya bizim komandamızın təcrübəsindən istifadə etmək istəyirdi. İstərdim ki, bu ölkələr öz aralarında razılaşıb, birlikdə keçirsinlər. Bu, bəlkə də, dünyada presedent olacaq.

Bunu açıqlamasında Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib.

O, fikirlərinə belə davam edib: "COP29 zamanı qəbul olunan qərarların icrası bizim üçün prioritetdir. Ona görə ki, Azərbaycan bu qərarların qəbulu üçün çox çalışdı. Bundan əvvəlki COP-larda da qərarlar qəbul edilib. Onların icrasının, yəni implementasiyasının vaxtı yetişib. Əsas sənədlərdən biri olan Paris Sazişinin icrası üçün hazır olması bu gün gündəmdədir. COP30-da bizim əsas prioritetlərimiz bundan öncəki COP-ların qərarlarının icrasıdır. Artıq böyük qərarlar qəbul edilib. Bunlardan biri inkişaf etmiş ölkələr tərəfindən maliyyələşdirilmə məsələsidir. Buna böyük maliyyə resursları cəlb olunmalıdır. Həm də maliyyələşdirən ölkələrin, tərəflərin sırasına əlavə aktorların da cəlb olunması önəmlidir. Bunlar özəl sektorlar, digər təşkilatlardır. Onlar da iştirakçı ola bilərlər. COP29-da Paris Sazişinin 6-cı bəndinin razılaşdırılması böyük imkanlar açır ki, özəl sektor ona pul yatırsın və yaşıl enerjiyə keçidi sürətləndirsin. Bu, bizim qəbul etdiyimiz platforma və təşəbbüslərin davam etdirilməsidir. Bundan başqa, inkişafda geridə qalmış ölkələrə, ada ölkələrinə kömək, onlara yardım və maksimum diqqətin ayrılması bizim ölkənin prioritetidir. Bunun üzərində çox aktiv çalışırıq. İlk dəfə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirildi və Prezident İlham Əliyev orada iştirak etdi. Həmin sammitdə dünyaya böyük mesajlar verildi. Bu ənənənin davam etdirilməsini COP30-dan da gözləyirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930