azturkxeber.az
http://azturkxeber.az

MDB Oyunları: Azərbaycan taekvondoçuları ilk gündə 3 qızıl medal əldə ediblər

29-09-2025

Azərbaycanın daha iki taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb.

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın finalında Azərbaycanın qız taekvondoçuları Humay Dadaşova (46 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlar finalda müvafiq olaraq, özbəkistanlı Valeriya Xeqay və rusiyalı Əzizə Hüseynovaya 2:1 hesabı ilə qalib gəliblər.

Finalda məğlub olan Ümid Rəhimzadə (54 kiloqram) və Elcan Əliyev (74 kiloqram) ikinci yeri tutublar. Mübarizəni yarımfinalda dayandıran Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımova (62 kiloqram) isə bürünc mükafatla kifayətləniblər.

Beləliklə, Azərbaycan taekvondoçuları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Daha əvvəl Ziya Həsənli (63 kiloqram) qızıl medala sahib çıxmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930