azturkxeber.az
http://azturkxeber.az

İqlim dəyişikliyi Amazon meşələrində ağacların daha sürətli boy atmasına səbəb olur

29-09-2025

İqlim dəyişikliyi Amazon meşələrində ağacların daha sürətli boy atmasına səbəb olur

Son onilliklərdə iqlim dəyişmələri nəticəsində Amazon meşələrindəki ağaclar daha böyük olublar. Atmosferdə karbon qazının miqdarının artması ağacların daha güclü böyüməsinə təkan verir. Lakin beynəlxalq tədqiqatçılar qrupunun fikrincə, bu, tam yaxşı xəbər deyil.

Bu barədə beynəlxalq alimlər qrupunun “Nature Plants” elmi jurnalında dərc olunan məqaləsində bildirilib. Araşdırmanın müəllifləri qeyd ediblər ki, iqlim dəyişikliyinin təsiri barədə danışarkən adətən yağış meşələrinin məhv olması ön plana çəkilir. Lakin bu arada toxunulmamış meşələrdə ağaclar böyüyüb, hətta ən böyük ağaclar belə bu təhdidlərə baxmayaraq, inkişaf etməyə davam edib. Tədqiqatın nəticələrinə əsasən, ağaclar hər on ildə orta hesabla 3,2 faiz böyüyüb. Bu artım, əsasən kömür, neft və qazın yandırılması nəticəsində həmin dövrdə davamlı olaraq yüksələn CO₂ konsentrasiyası ilə əlaqələndirilir. Effekt həm böyük, həm də kiçik ağaclarda müşahidə olunub.

Alimlərin sözlərinə görə, iri ağaclar CO₂-ni saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikliyinin Amazon meşələrində ağaclara mənfi təsir göstərə biləcəyi və onların karbonu udma qabiliyyətini zəiflədə biləcəyindən narahatlıqlara baxmayaraq, CO₂-nin böyüməyə stimulverici təsiri qalmaqdadır. Tədqiqat çərçivəsində 188 daimi müşahidə sahəsindəki ağacların ölçüləri təhlil edilib və onların artımının azı 30 ildir davam etdiyi müəyyənləşdirilib. Bu araşdırmaya Cənubi Amerika, Böyük Britaniya və digər ölkələrdən onlarla universitet qatılıb.

Tədqiqat, həmçinin Amazon meşələrinin qırılmasının planet üçün nə qədər dağıdıcı təsirə malik olduğunu göstərib. “MapBiomas” təşəbbüsünün son hesablamalarına görə, Braziliya Amazonunda 1985-ci ildən bəri təxminən 52 milyon hektar təbii ərazi itirilib. Bu, İspaniyanın sahəsindən də böyükdür. Ümumilikdə isə son 40 ildə ölkə üzrə təbii ərazilərin itkisi 111,7 milyon hektara çatıb ki, bu da Almaniyanın ərazisindən üç dəfə çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930