azturkxeber.az
http://azturkxeber.az

III MDB Oyunları: Azərbaycanın daha bir samboçusu qızıl medal qazanıb

29-09-2025

III MDB Oyunları: Azərbaycanın daha bir samboçusu qızıl medal qazanıb

Azərbaycanın daha iki samboçusu III MDB Oyunlarında medal qazanıb.

Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Nihad Rəhimov (64 kiloqram) həlledici görüşdə rusiyalı Artem Xarisovla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal əldə edib.

Digər təmsilçimiz Rüstəm Qasımzadə (58 kiloqram) isə finalda rusiyalı idmançıya uduzaraq gümüş medalla kifayətlənib.

Daha əvvəl Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930