azturkxeber.az
http://azturkxeber.az

Dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün regionlarda maarifləndirici seminarlar davam edir

29-09-2025


Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin (METM) təşkilatçılığı, Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ASMA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyinin iştirakı ilə dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün regionlarda maarifləndirici seminarların keçirilməsi davam edir.

Sentyabrın 29-da Qusar şəhərində Quba-Xaçmaz regionu üzrə baş mühasiblərin iştirakı ilə keçirilən görüşdə peşəkar mühasib sertifikatının tətbiqi, onun üstünlükləri və sertifikatlaşdırma prosesinin mərhələləri barədə ətraflı məlumat verilib.

Mühasiblərin peşə bacarıqlarının təkmilləşdirilməsi, onların müasir standartlara uyğunlaşmasının təmin olunması və regionlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən seminarda mühasibat uçotunun yeni metod və yanaşmaları, eləcə də onların praktiki tətbiqi ətrafında geniş müzakirələr aparılıb. Çıxışlarda sertifikatlaşdırmanın mühasibat uçotunun keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlılığının şəffaflaşdırılması və dövlət qurumlarında peşəkar kadr potensialının gücləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Tədbir interaktiv müzakirələr, sual-cavab sessiyaları və praktiki nümunələrin təqdimatı ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930