Ağ ev: Qəzzada müharibəyə son qoymaq üçün tərəflər hərtərəfli planı qəbul etməyə çox yaxındırlar
Qəzzada müharibəyə son qoymaq üçün tərəflər hərtərəfli planı qəbul etməyə çox yaxındırlar.
Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livit jurnalistlərə açıqlamasında bildirib. “Bildiyiniz kimi, prezident Tramp Qəzzada müharibəni sonlandırmaq və Yaxın Şərqdə münaqişəyə son qoymaq üçün yorulmadan çalışır. O, bütün girovların azad edilməsini istəyir", - deyə mətbuat katibi əlavə edib.
Livit ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun hər iki tərəfə çox təfərrüatlı 21 maddəlik plan göndərdiyini və Trampın hər iki tərəfin razılaşacağını gözlədiyini deyib.