azturkxeber.az
http://azturkxeber.az

Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib

28-09-2025

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Rəşad Quliyev, Xansu Qurbanov və Bəhmən Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, anım tədbirlərində nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə çıxış edənlər R.Quliyevin, X.Qurbanovun və B.Məmmədovun şərəfli həyat və döyüş yollarından danışıblar.

Döyüş yoldaşları onlarla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.

Sonra tədbir iştirakçılarına şəhidlərimizə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930