azturkxeber.az
http://azturkxeber.az

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert-tamaşa təşkil edilib

28-09-2025

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Musiqi və sənət – uşaq qəlblərindən” adlı konsert-tamaşa keçirilib.

Filarmoniyadan bildirilib ki, tədbir çərçivəsində konsert zalında Milli Musiqi Günü münasibətilə uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib.

Uşaq Filarmoniyasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində konsert zalına qədər davam edən proqramda müxtəlif musiqi kollektivləri, xor, folklor rəqs ansamblı, xalq çalğı alətləri ansamblı, solistlər, gimnastlar və rəqqaslar çıxış ediblər. Həmçinin “Leyli və Məcnun” operasından səhnələr əsasında hazırlanan kompozisiya təqdim olunub. Proqramda, eyni zamanda, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorlar Nəsimi Əliyev və Nigar Əliyeva, rəssamı isə Səriyyə Teymurovadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930