azturkxeber.az
http://azturkxeber.az

ABŞ sahillərinə “İmelda” tropik fırtınası yaxınlaşır

28-09-2025

ABŞ sahillərinə “İmelda” tropik fırtınası yaxınlaşır

Atlantik okeanındakı qeyri-sabit hava şəraitinin yerli vaxtla bazar günü axşam saatlarında (Bakı vaxtı ilə növbəti gün erkən saatlarda) “İmelda” tropik fırtınasına çevriləcəyi gözlənilir.

Təhlükəli hava xəbərdarlığı hazırda güclü yağışın müşahidə olunduğu mərkəzi və şimal-qərb Baham adaları üçün qüvvədədir. Baham adalarında və Kubanın şərqində yağıntıların miqdarı 4-30 santimetrarası dəyişə və bu da daşqınlara səbəb ola bilər.

“İmelda” tropik qasırğası 24-36 saat ərzində Cənub-Şərqi sahilləri boyunca qurudan kənarlaşacaq. Bazar ertəsinə qədər şimala və Floridanın Atlantik sahillərinə paralel hərəkət etdikdən sonra fırtına çərşənbə axşamından çərşənbə gününə qədər qasırğaya çevrilərək, şərqə doğru hərəkət edəcək və sahildən uzaqlaşacaq.

“İmelda” Atlantik okeanında “Hamberto” qasırğası ilə birləşəcək. Güclü 4-cü kateqoriyalı qasırğa şənbə günü açıq okeanın üzərində 5-ci kateqoriyaya yüksələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930