azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın əksər ərazilərində yağış yağır, güclü külək əsir - Faktiki hava

27-09-2025

Azərbaycanın əksər ərazilərində yağış yağır, güclü külək əsir -  Faktiki hava

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Astarada 84, Lənkəranda 55, Lerikdə 13, Sarıbaşda (Qax) 9, Yardımlıda 8, Qubada 6, Qusarda 5, Xaltanda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsən, Balakən, Oğuz, Qəbələ, Şəki (Kişçay), Zaqatala, Altıağac, Qrız, Xaçmaz, Şamaxı, Xınalıq və Şahdağda 1 millimetrədək qeydə alınır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Qusarda 21, Neftçalada 20, Goranboy və Culfada 19, Naftalanda 18, Sabirabadda 17, Şirvan və Biləsuvarda 16 metr/saniyəyədək güclənir.

Daşkəsən, Altıağac, Qusar, Xınalıq, Qrız, Şahdağ, Göygöl, Qax, Lerik, İmişli, Göyçay, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930