“Rebuild Karabakh” Hakatonu – Gələcəyin şəhərlərini birlikdə quraq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonu keçiriləcək.
Bu təşəbbüsün əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gənclərin, startapçıların, mütəxəssislərin və innovativ yanaşmaların cəlb edilməsidir. Hakaton iştirakçıları “ağıllı şəhərlər”, “mobillik”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” mövzularında işləyərək yeni layihələr və texnoloji həllər təqdim edəcəklər.
2 gün davam edəcək hakatonun 31 oktyabr – 1 noyabr 2025-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində iştirakçılar innovativ layihələrini təqdim etmək, komanda şəklində işləmək, həmçinin gələcək əməkdaşlıq və tərəfdaşlıq imkanlarından faydalanmaq şansı əldə edəcəklər. Hakatonun sonunda qalib komandalar təltif olunacaq və nailiyyətləri qiymətləndiriləcək. Bu təşəbbüs həm də Qarabağın müasir, ekoloji və yaşıl standartlara uyğun gələcəyinin formalaşdırılmasına birbaşa töhfə vermək imkanını yaradır. Hakatonda iştirak etmək üçün qeydiyyat 10 oktyabr 2025-ci il tarixinədək açıqdır. Qeydiyyatdan keçmək istəyən şəxslər aşağıdaki link vasitəsilə müraciət edə bilərlər: https://forms.fillout.com/t/wzfNzA2HC4us
“Rebuild Karabakh” Hakatonu gənclərə, startapçılara və mütəxəssislərə Qarabağın gələcəyinin qurulmasında birbaşa iştirak imkanı verir.