azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın regional mərkəzləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbirlər təşkil edib

25-09-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub Regional Mərkəzləri tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarının və sakinlərin iştirakı ilə hüquqi maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı bu əlamətdar günün təsis edilməsi ilə bağlı ölkə Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı, suverenliyimizi qoruyub saxlaya bilməyimiz üçün müxtəlif dövrlərdə ölkəmizin üzləşdiyi çətinliklər, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatları, o cümlədən uzun müddət işğal altında qalan əzəli torpaqlarımızın azad edilməsi nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması barədə məlumat verilib.
Tədbir iştirakçıları, həmçinin Azərbaycan Ombudsmanı tərəfindən şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumatlandırılıb, eləcə də bu il ölkəmizdə qeyd olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ombudsman tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930