azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri və Pakistan Senatının sədri arasında telefon danışığı olub

25-09-2025

Milli Məclisin sədri və Pakistan Senatının sədri arasında telefon danışığı olub

Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani arasında telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Pakistan arasında strateji münasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında uğurla inkişafından razılıq ifadə olunub. İki ölkə arasında əlaqələrin dərinləşməsində Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolu vurğulanıb.

Tərəflər dost və qardaş ölkələrimiz arasında əlaqələrin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da səmərəli münasibətlər qurulduğunu qeyd edərək, qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq etdiklərini ifadə ediblər.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930