azturkxeber.az
http://azturkxeber.az

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib

25-09-2025

Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası olub.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsas götürülməklə ölkəmizdə dinamik sosial-iqtisadi inkişafın uğurla davam etdiyini bildirib.

Bu il icra olunan 5-ci sosial islahat paketi nəticəsində əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğu diqqətə çatdırılıb.

2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının da ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, sosial xidmətlər, inklüziv cəmiyyətin inkişafı sahələrində əldə olunan nailiyyətlərin davam etdirilməsi məqsədinə xidmət edəcəyi nəzərə çatdırılıb.

İclasda qeyd edilən Strategiya layihəsinin hazırlanması üzrə müasir çağırışlar və təqdim edilən təkliflər dinlənilib. Alt İşçi qrupu tərəfindən aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930