Keniya Respublikasının Dövlət Prokurorluğunun nümayəndə heyəti Lənkəranda olub
Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətdən məlumat verilib. Bildirilib ki, işgüzar səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Baş prokurorun müavini Heydər Məmmədovun müşayiəti ilə Lənkəran şəhərində olub.
Qonaqlar Lənkəranda Heydər Əliyev Xatirə Parkını ziyarət edib, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olub, həmçinin “Laran” MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsi, “Azərxalça” ASC-nin Lənkəran filialı və “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasının fəaliyyəti ilə maraqlanıblar. Nümayəndə heyəti Lənkəranda yaradılmış müasir infrastruktur, mədəni irsin qorunması və iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. Keniyalı nümayəndələr səfərin onlarda xoş təəssürat yaratdığını vurğulayıblar.