azturkxeber.az
http://azturkxeber.az

Daşkənddə "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir

24-09-2025

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Silahlı Qüvvələrin Modelləşdirmə və Simulyasiya Tədqiqatları Tədris Mərkəzində "Qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması" mövzusunda keçirilən təlim iki mərhələdən ibarətdir.

Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləri icra edəcəklər.

"Məharət - 2025" təliminin məqsədi iki dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və qazanılmış hərbi təcrübənin mübadiləsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930