azturkxeber.az
http://azturkxeber.az

Akademik Topçubaşovun İrsinə Yüksək Dəyər: Prezidentin Sərəncamı və Elmi-Praktik Konfrans

24-09-2025

1) Səhiyyə naziri: Prezidentin Sərəncamı Topçubaşovun Azərbaycan tarixindəki müstəsna yerini təsdiq edir
Səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə keçirilən elmi-praktik konfransda giriş sözü ilə çıxış edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayan nazir qeyd edib: “Akademik təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə akademikin adını daşıyan Elmi Cərrahiyyə Mərkəzinin açılışını qeyd edən nazir, Mərkəzin bu yüksək etimada layiq səviyyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.
2) Nazir Teymur Musayev: "Akademik Topçubaşovun adının dünya miqyasında tanınması Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir"
Səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib: "Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir".
Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsici kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib: “Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.
3) Teymur Musayev: "Akademik Topçubaşovun həyat yolu gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir"
Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda giriş sözü ilə səhiyyə naziri Teymur Musayev çıxış edib.
Nazir akademik Mustafa Topçubaşovun irsinin bu gün də aktuallığının qoruduğunu vurğulayıb: "Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930