azturkxeber.az
http://azturkxeber.az

“Sea Breeze Health Valley” layihəsinə tam dəstək verməyə hazırıq

23-09-2025

Bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.

““Sea Breeze Health Valley” qanunvericilikdə xüsusi yanaşma və normativ bazanın tətbiq edilə biləcəyi unikal bir təşəbbüsdür. Əks halda, onun həyata keçirilməsi gecikmələr riski daşıyır. Nazirlik olaraq, layihəni dəstəkləmək üçün xüsusi uyğunlaşdırılmış normativ yanaşma qəbul etməyə tam hazırıq”, - deyə Teymur Musayev əlavə edib.

Teymur Musayev vurğulayıb ki, bu yanaşma layihənin sürətli və uğurlu həyata keçirilməsini təmin edəcək: “Nazirlik maraqlı tərəflərdən ibarət təşəbbüs qrupuna rəhbərlik edərək layihəyə tam dəstəyini bir daha təsdiqləyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930