azturkxeber.az
http://azturkxeber.az

Rusiya Federasiyasının “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlmişdir

23-09-2025

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planına uyğun olaraq Azərbaycan və Rusiya sərhəd xidmətlərinin sahil mühafizə qurumlarının sərhəd gözətçi gəmilərinin qarşılıqlı ziyarət tədbiri çərçivəsində cari ilin 23 sentyabr tarixində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlmişdir.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulmuşdur.

Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930