Professor İlber Ortaylın Naxçıvanda: Tarix, Elm və Mədəniyyət Mövzusunda Dərin Müzakirə
Sentyabrın 22-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə Naxçıvanda qonaq olan professor İlbər Ortaylının yerli ictimaiyyətlə görüşü olub.
Görüşdə dövlət və hökumət rəsmiləri, deputatlar, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri və bir sıra tanınmış şəxslər iştirak ediblər.
Tədbir professor İlber Ortaylının həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərliyində beş modul üzrə İlber Ortaylının çıxışları dinlənilib. Görüş tarixə, elm, mədəniyyətə dair tədbir iştirakçılarının ünvanladığı suallarla davam edib.