azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev: Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığımız yeni müstəviyə çıxıb

23-09-2025

Prezident İlham Əliyev: Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığımız yeni müstəviyə çıxıb

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxıb.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

“Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930